Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağdam rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.01.2011

Yanvarın 10-da saat 12.50 radələrində Ağdam rayonu ərazisində Sarıçoban kənd sakini Fərid Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı və Ayaq Qərvənd kənd sakini Azər Mikayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə F.Məmmədovun sərnişini, həmkəndlisi Elməddin Hacıyev hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü isə xəstəxanaya yerləşdirilmişlər.
Ağdam RPŞ tərəfindən araşdırmalar aparılır.

10.01.2011 tarixinə olan kriminal məlumatlar