Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

09.01.2011

Yanvarın 9-da saat 09.00 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində kənd sakini Ramil Ağayevin idarə etdiyi "QAZ-24" markalı və Oğuz rayon sakini Mayor Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış M.Əhmədov və sərnişinləri, həmyerliləri Əlövsət Səmədov, Svetlana Rüstəmova, Billurə Səmədova, Pənah Səmədov, Bakı şəhər sakini Emil Rəsulov, habelə R.Ağayev xəstəxanaya yerləşdirilmişlər.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.