Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonu ərazisindəki H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi

08.01.2011

Yanvarın 8-də saat 08.30 radələrində Nizami rayonu ərazisindəki H.Əliyev prospektində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Samirə Məmmədova vurulmuşdur. Nəticədə S.Məmmədova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ-2107" markalı avtomaşının sürücüsü,  Türkan qəsəbə sakini Hacıağa Qasımov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

08.01.2011 tarixinə olan kriminal məlumatlar