Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Vüqar Qafarov tutulmuşdur

07.01.2011

Yanvar ayının 5-dən 7-dək olan müddət ərzində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qəsəbə sakinləri Əlikram Cəfərova məxsus "VAZ- 2107" markalı və Gülməmməd Vəliyevə məxsus "VAZ-2106" markalı avtomaşınlardan açar seçmək yolu ilə maqnitofonları, səsgücləndiriciləri, oturacaqlar üzlükləri və ehtiyat təkərləri oğurlanmışdır.     
Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vüqar Qafarov tutulmuşdur.

07.01.2011 tarixinə olan kriminal məlumatlar