Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.01.2011

Yanvarın 7-də saat 22.45 radələrində Goranboy rayonu ərazisində rayon sakini Namiq Məmmədovun idarə etdiyi "Mercedes" markalı və Şəfəq kənd sakini Hamlet Çələbiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə N.Məmmədov və H.Çələbiyevin sərnişinlərindən oğlu Oktay, qohumu Yusif Çələbiyev hadisə yerində ölmüş, xəsarət almış H.Çələbiyev, habelə digər sərnişinləri, oğlu Şöhrət, onun oğlu Hamlet, qohumları Gilə Çələbiyeva və onun oğlu Şəhriyar xəstəxanaya yerləşdirilmişlər. H.Çələbiyev orada ölmüşdür.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

07.01.2011 tarixinə olan kriminal məlumatlar