Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonunun Avşar kəndi ərazisində yol-nəqliyyat hadisəsi

07.01.2011

Yanvarın 7-də saat 19.00 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində Pərioğulları kənd sakini Samir Məmmədovun idarə etdiyi "VAZ-21063" markalı və Ağcabədi rayon sakini Vəliyəddin Hüseynovun idarə etdiyi "VAZ-2109" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Məmmədovun sərnişini, Hüsülü kənd sakini Bayram Süleymanov hadisə yerində ölmüş, xəsarət almış S.Məmmədov və digər sərnişinləri, qardaşı Elnur və  həmkəndlisi İ.Əliyev isə xəstəxanaya yerləşdirilmişlər.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

07.01.2011 tarixinə olan kriminal məlumatlar