Dəm qazından zəhərlənmiş 6 nəfər Cəlilabad rayon sakininə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir
07.01.2011Yanvarın 7-də saat 10.00 radələrində Səbail rayonu Ö.Nemanzadə küçəsində kirayədə yaşayanlar, Cəlilabad rayon sakinləri Famil Abbasov, Novruz Nadirov, Mail Qarayev, Sərdar Sarıyev, Bəhruz Məmmədov və Mahir Qarayev dəm qazından zəhərləndiklərindən xəstəxanada onlara ilkin tibbi yardım göstərilmişdir.