Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etmiş Bakı şəhər sakinləri Sahib Əliyev və İmdulla Qasımov tutulmuşlar

05.01.2011

Yanvarın 5-də saat 02.30 radələrində metronun 20 Yanvar stansiyasının yaxınlığında 2 naməlum şəxs Müşfiqabad qəsəbə sakini İlham Hüseynovun idarə etdiyi "VAZ-2105" markalı avtomaşına sərnişin qismində oturub Hökməli qəsəbəsinə gedəcəklərini bildirmişlər. Xırdalan dairəsində onlar sürücünü bıçaqla hədələyərək 10 manat pulunu və mobil telefonunu alıb qaçarkən Binəqədi RPİ-nin Post-Patrul Xidməti əməkdaşları tərəfindən tutulmuşlar.
İlkin araşdırmalar nəticəsində onların Bakı şəhər sakinləri Sahib Əliyev və İmdulla Qasımov olmaları müəyyən edilmişdir.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

05.01.2011 tarixinə olan kriminal məlumatlar