Quldurluq etmiş Bakı şəhər sakinləri Sahib Əliyev və İmdulla Qasımov tutulmuşlar
05.01.2011Yanvarın 5-də saat 02.30 radələrində metronun 20 Yanvar stansiyasının yaxınlığında 2 naməlum şəxs Müşfiqabad qəsəbə sakini İlham Hüseynovun idarə etdiyi "VAZ-2105" markalı avtomaşına sərnişin qismində oturub Hökməli qəsəbəsinə gedəcəklərini bildirmişlər. Xırdalan dairəsində onlar sürücünü bıçaqla hədələyərək 10 manat pulunu və mobil telefonunu alıb qaçarkən Binəqədi RPİ-nin Post-Patrul Xidməti əməkdaşları tərəfindən tutulmuşlar.
İlkin araşdırmalar nəticəsində onların Bakı şəhər sakinləri Sahib Əliyev və İmdulla Qasımov olmaları müəyyən edilmişdir.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
İlkin araşdırmalar nəticəsində onların Bakı şəhər sakinləri Sahib Əliyev və İmdulla Qasımov olmaları müəyyən edilmişdir.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.