Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ucar rayonu ərazisində "Mercedes" və "QAZ-3110" markalı avtomaşınlar toqquşmuşdur

01.01.2011

Saat 13.20 radələrində Ucar rayonu ərazisində, Sumqayıt şəhər sakini Vaqif Abdullayev idarə etdiyi "Mercedes" markalı və Yevlax rayon sakini Rüfət Məhərrəmovun idarə etdiyi "QAZ-3110" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə V.Abdullayevin sərnişini bacısı Nüşabə Qarayeva hadisə yerində ölmüş, xəsarət almış V.Abdullayev və qohumu  Nəzrin Qarayeva isə xəstəxanaya yerləşdirilmişlər.