Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisində İ.Bayramova və R.Rəsulova bıçaqla xəsarət yetirmiş Laçın rayon sakini V.Namazov tutulmuşdur

31.12.2010

Yanvarın 1-də saat 03.00 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsindəki "Sarı Qaya" pansionatında, Laçın rayon sakini Vüqar Namazov münaqişə zəminində orada yaşayan həmyerlisi İmran Bayramova və Sumqayıt şəhər sakini Ramil Rəsulova bıçaqla xəsarət yetirmişdir. Nəticədə xəsarət almış İ.Bayramov və R.Rəsulov xəstəxanaya yerləşdirilmişlər. İ.Bayramov orada ölmüş, R.Rəsulovun vəziyyəti isə orta-ağırdır.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Namazov tutulmuşdur.

31.12.2010 tarixinə olan kriminal məlumatlar