Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yol-nəqliyyat hadisəsi

27.12.2010

Dekabrın 27-də saat 18.00 radələrində Xaçmaz rayonunun Yergüc kəndi ərazisində Quba şəhər sakini Xanlar Babayevin idarə etdiyi "VAZ-23632" markalı, Bakı şəhər sakini İsmixan Miriyevin idarə etdiyi "QAZ-33021" markalı və Xaçmaz rayon sakini Orucəli Orucovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış O.Orucov və sərnişinləri, Xaçmaz rayon sakinləri Nigar Zəliyeva, onun oğlu İsa xəstəxanaya yerləşdirilmişlər. İsa orada ölmüşdür.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.