Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində yol-nəqliyyat hadisəsi

28.12.2010

Dekabrın 28-də saat 03.30 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində Şəki rayon sakini Əvəz Rzayev "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış Ə.Rzayev və sərnişini, həmyerlisi Ruslan Ağasıyev xəstəxanaya yerləşdirilmişlər. Ə.Rzayev orada ölmüşdür.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.