Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qonaqları İbadulla İdrisova və Adil Ayadullayevə ov tüfəngindən atəş açaraq xəsarət yetirmiş Hacıqabul rayonunun Qubalıbaloğlan kənd sakini Qabil Atakişiyev tutulmuşdur

26.12.2010

Dekabrın 26-da saat 16.00 radələrində Hacıqabul rayonunun Qubalıbaloğlan kənd sakini Qabil Atakişiyev həyətində ov tüfəngindən atəş açaraq Bakı şəhər sakinləri, qonaqları İbadulla İdrisova və Adil Ayadullayevə xəsarət  yetirmişdir. Nəticədə xəsarət almış A.Ayadullayev xəstəxanaya aparılarkən yolda ölmüş, İ.İdrisovun vəziyyəti isə orta-ağırdır.
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Atakişiyev tutulmuş, hadisə yerindən İ.İdrisova və A.Ayadullayevə məxsus ov tüfəngləri götürülmüşdür.