Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Özlərini polis əməkdaşı kimi təqdim etmiş şəxslər saxlanılmışlar

26.12.2010

Dekabrın 26-da saat 00.30 radələrində Beyləqan şəhərinin Magistral küçəsində 3 nəfər şəxs həmin ərazidə xidmətdə olan Beyləqan RPŞ PPX-nin əməkdaşlarına yaxınlaşaraq özlərini Bakı şəhəri Baş Polis İdarəsinin əməliyyat müvəkkilləri kimi təqdim edərək M.Müşfiq küçəsində yaşayan Ayət İsmayılovu Bakı BPİ-yə aparmalı olduqlarını və həmin şəxsin ev ünvanına onlarla birlikdə getmələrini xahiş etmişlər.
Həmin şəxslər şübhə doğurduqlarından RPŞ-yə dəvət olunmuş, onların Bərdə rayon sakinləri Vüsal Hüseynov, Elturan Abuşov və Bakı şəhər sakini Ayaz Əliyev olmaları, habelə polis əməkdaşları olmamaları müəyyən edilmişdir.