Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qazıməmməd-Bəhrəmtəpə yolunun Sabirabad rayonunun Qaragünə kəndi ərazisində yol-qəza hadisəsi

14.06.2006

Saat 00.20 radələrində, Qazıməmməd-Bəhrəmtəpə yolunun Sabirabad rayonunun Qaragünə kəndi ərazisində, Beyləqan rayon sakini Kərəm Hüseynovun idarə etdiyi "KamAZ" markalı və Zal Qarağac kənd sakini Tahir Tarıverdiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, T.Tarıverdiyev hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Qaragünə kəndi ərazisində məskunlaşmış Zəngilan rayon sakini Güloğlan Haqverdiyev isə xəstəxanaya yerləşdirilmişdir. Vəziyyəti orta-ağırdı.