Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonunun Qazanbulaq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

23.12.2010

Dekabrın 23-də saat 17.00 radələrində Goranboy rayonunun Qazanbulaq qəsəbəsi ərazisində Kəlbəcər rayon sakini Elşən Hüseynovun idarə etdiyi "Ford" markalı və Gəncə şəhər sakini  Ramin Əhmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Əhmədovun sərnişini, Xanqərvənd kənd sakini Sevinc Səfərova hadisə yerində ölmüş, xəsarət almış R.Əhmədov və digər sərnişini Ülfət Həmidov isə xəstəxanaya yerləşdirilmişdir.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

23.12.2010 tarixinə olan kriminal məlumatlar