Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxs tüfəngdən atəş açaraq Ə.Həsənova xəsarət yetirmişdir
22.12.2010
Dekabrın 23-də saat 01.55 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində yeni tikilmiş evin qarşısında naməlum şəxs tüfəngdən atəş açaraq orada yaşayan Ələkbər Həsənova xəsarət yetirmişdir.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Həsənov orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.