Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

15.06.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elxan Tahirovdan 0,259 qram, Fikrət Həsənovdan 0,223 qram heroin, 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Ələsgərovdan 0,209 qram, 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Azər Əhmədovdan 0,251 qram, Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini Rauf Həsənovdan 0,206 qram heroin götürülmüşdür. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Şahağacı kənd sakini Fərmayıl İsaqov və qardaşı Əflatun 1,053 qram heroini 180.000 manata satarkən tutulmuşlar. F.İsaqovun evinə baxış zamanı əlavə 1,084 qram heroin aşkar edilərək götürülmüşdür.

15.06.2006 tarixinə olan kriminal məlumatlar