Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisindəki Ordubadi küçəsində yol-nəqliyyat hadisəsi

19.12.2010

Dekabrın 19-da saat 17.30 radələrində Binəqədi rayonu ərazisindəki Ordubadi küçəsində Bakı şəhər sakini Mehman Məmmədov idarə etdiyi "BMW" markalı avtomaşını yolun kənarında dayanmış həmyerliləri Nurəddin Ağayevə məxsus "QAZ-2410" markalı və Natiq Əliyevə məxsus "QAZ-2410" markalı avtomaşınlara vurmuşdur. Nəticədə xəsarət almış N.Ağayev və hadisə yerinin yaxınlığında olan Bakı şəhər sakini Tapdıq Quliyev və Balakən rayon sakini Aydın Gökdəlov xəstəxanaya yerləşdirilmişlər. T.Quliyev orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

19.12.2010 tarixinə olan kriminal məlumatlar