Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Laçın rayon sakinləri Dağbəyi Quliyev, İnqlab İsmayılov və Nəvahi Şirinov tutulmuşlar

18.12.2010

Dekabrın 18-də Bakı şəhərində yaşayan Türkiyə vətəndaşı Ramazan Dörtok Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək cari ilin mart ayının 1-dən 3-dək olan müddət ərzində "Qurd qapısı" adlanan ərazidə ona məxsus "Elit Yatırım" əlvan metal əritmə sexindən 6 ədəd dəmir külçənin oğurlanmasını bildirmişdir.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külçələri oğurlamaqda şübhəli bilinən orada fəhlə işləyən Laçın rayon sakinləri Dağbəyi Quliyev, İnqlab İsmayılov və Nəvahi Şirinov tutulmuşlar.

18.12.2010 tarixinə olan kriminal məlumatlar