Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakini Yeganə Qəhrəmanovanın evində təbliği və yayımı qanunla qadağan edilmiş dini vəsaitlər götürülmüşdür

18.12.2010

Nizami (Gəncə) RPŞ və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə regional şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə tədbirlər nəticəsində dekabrın 18-də Gəncə şəhər sakini Yeganə Qəhrəmanovanın evində, onun və həmyerliləri Saləddin Məmmədovun, Rəşad Niftəliyevin, Bakı şəhər sakini Teymur Vəliyevin, Gürcüstan vətəndaşları Şeveli Verxviya Arsenoviçin və Şendelaya Yekaterina Kviyevnanın "Yahovanın şahidləri" dini təriqətini təbliğ etmələri müəyyən edilmişdir.
Y.Qəhrəmanovanın evinə baxış keçirilmiş, oradan təbliği və yayımı qanunla qadağan edilmiş 25 ədəd dini kitab və 145 ədəd dini jurnal aşkar edilərək götürülmüşdür.
Y.Qəhrəmanova, S.Məmmədov, R.Niftəliyev, T.Vəliyev, V.Şeveli və Y.Şendelaya barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokol tərtib edilmiş və aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə göndərilmişdir.

18.12.2010 tarixinə olan kriminal məlumatlar