Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən bir neçə ticarət obyektlərindən pirotexnik vasitələr götürülmüşdür

18.12.2010

DİN Baş İctimai Təhlükəsizlik İdarəsi,  Bakı BPİ-nin İctimai Təhlükəsizlik İdarəsi və Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi  əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində paytaxtın Nərimanov və Xəzər rayonları, Sədərək Ticarət Mərkəzinin ərazisindəki, metronun "İnşaatçılar" stansiyasının keçidindəki bir neçə ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 293.567 ədəd partlayıcı oyuncaqlar aşkar edilərək götürülmüşdür.

18.12.2010 tarixinə olan kriminal məlumatlar