Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Mustafa Qalayev qanunsuz olaraq 4 ədəd fıstıq ağacını kəsərək həyətində emal edərkən yaxalanmışdır

17.12.2010

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Mustafa Qalayev kəndin meşə zolağından qanunsuz olaraq 4 ədəd fıstıq ağacını kəsərək həyətində emal edərkən yaxalanmışdır.
M.Qalayevin həyətinə baxış keçirilərkən oradan ağac emal etmək üçün dəzgahlar aşkar edilmiş və barəsində cinayət işi başlanmışdır.

17.12.2010 tarixinə olan kriminal məlumatlar