Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Goranboy rayon sakinləri Elzamin Bayramov və Vasif Musayev tutulmuşlar

17.12.2010

Dekabrın 17-də Daşkəsən rayon sakinləri Mübariz Abbasov və Namiq Hüseynov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək dekabrın 14-də Əhmədli kəndinin ərazisindəki otlaq sahəsindən 10 baş inəklərinin oğurlanmasını bildirmişlər.
DİN Baş Cinayət-Axtarış İdarəsi, Daşkəsən RPŞ, Bərdə RPŞ və Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Elzamin Bayramov və Vasif Musayev tutulmuşlar.

17.12.2010 tarixinə olan kriminal məlumatlar