Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şamaxı şəhərinin çıxışında, "Turist" yeməkxanasının qarşısında baş vermiş münaqişədə 1 nəfər dünyasını dəyişmiş, 5 nəfər yaralanmışdır

13.06.2006

Saat 19.00 radələrində, Şamaxı şəhərinin çıxışında, "Turist" yeməkxanasının qarşısında, şəhər sakinləri Balaxan Həşimov, qardaşları Səfa, əvvəllər məhkum olunmuş Xanlar, onun oğlu Orxan və qohumları Elxan Qədimov, qardaşı Elçin arasında münaqişə baş vermişdir. Bu zaman, B.Həşimov və E.Qədimov ov tüfəngindən atəş açmışlar. Nəticədə, Balaxan, Şəfa, Xanlar, Orxan, Elxan və hadisə yerinin yaxınlığında olan Goranboy rayon sakini, Sarıgül Mustafayeva xəsarət almışlar. Xəsarət alanlar xəstaxanaya yerləşdirilmiş, Balaxan orada ölmüş. Digərlərinin vəziyyətləri isə orta-ağırdır. Hadisə yerindən 2 ədəd ov tüfəngləri götürülmüş, E.Qədimov isə tutulmuşdur.