Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 32 cinayət faktı qeydə alınmışdır

15.12.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər yaralanmışdır.
  • 6 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər yaralanmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.