Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakinləri Mütaif Məmmədov və Elçin Ağayevin digər cinayət əməlləri də müəyyən edilmişdir

15.12.2010

Dekabrın 14-də saat 16.00 radələrində Yasamal rayonu ərazisindəki Z.Xəlilov küçəsində 2 naməlum şəxs Bakı şəhər sakini Nihat Hüseynlini bıçaqla hədələyərək 50 manat pul və mobil telefonunu ondan almışlar.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mütaif Məmmədov və Elçin Ağayev tutulmuşlar.
M.Məmmədovun və E.Ağayevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların dekabrın 3-də Zaman Qurbanovu bıçaqla hədələyərək 11 manat pulunu, mobil telefonunu, ödəniş kartını almaları, dekabrın 8-də Toğrul Alıyevi bıçaqla hədələyərək 330 manat pulunu almaları, dekabrın 9-da Ələsgər Məmmədova məxsus mobil telefonu oğurlamaları və dekabrın 14-də Cavid Aslanlıya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almaları da müəyyən edilmişdir.