Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

"İnter Servis" avtomobil təmiri mərkəzində avtomaşın yanmışdır

15.12.2010

Dekabrın 15-də saat 14.35 radələrində Nərimanov rayonu ərazisindəki Y.Vəzirov küçəsində "İnter Servis" avtomobil təmiri mərkəzində Bakı şəhər sakini Əhməd Əhmədov Sevil Allahverdiyevaya məxsus "Mersedes" markalı avtomaşını təmir edərkən alışma baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, Ə.Əhmədov isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Araşdırma aparılır.