Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daşkəsən rayonunun Quşçu kənd sakini Əsgər Süleymanovu qətlə yetirmiş Sübhan Əliyev tutulmuşdur

13.12.2010

Dekabrın 13-də saat 12.30 radələrində Daşkəsən rayonunun Quşçu kəndi ərazisində kənd sakini Sübhan Əliyev münaqişə zəminində həmkəndlisi Əsgər Süleymanova bıçaqla xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Süleymanov orada ölmüşdür.
Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev tutulmuşdur.