Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Quba rayon Çiçi kənd sakini Mahal Aslanov, Sumqayıt şəhər sakinləri Akif Məmmədov, Ramil İmanov və Camal Fərzəliyev tutulmuşlar

12.12.2010

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Çiçi kənd sakini Kəmaləddin Ağayevin 1 baş inəyini oğurlamaqda şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Mahal Aslanov, Sumqayıt şəhər sakinləri Akif Məmmədov, Ramil İmanov və Camal Fərzəliyev tutulmuşlar.
M.Aslanovun, A.Məmmədovun, R.İmanovun və C.Fərzəliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, 2009-cu ildə K.Ağayevə məxsus 2 baş inəyi, habelə, cari il dekabr ayının 10-da Çiçi kənd sakini Kamal Məmmədova məxsus mağazadan 6 manat pul, tütün və ərzaq məhsullarını da oğurlamaları müəyyən edilmişdir.
M.Aslanovdan 0,823 qram heroin də aşkar edilərək götürülmüşdür.

12.12.2010 tarixinə olan kriminal məlumatlar