Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri Kotec qəsəbəsində yaşayan Oleq Litovçenkonun evinə baxış zamanı müxtəlif dini vəsaitlər aşkar edilərək götürülmüşdür

11.12.2010

Dekabrın 11-də əldə edilmiş əməliyyat məlumatı əsasında Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Moldova vətəndaşı Rüstəm Əhmədovun Sumqayıt şəhəri Kotec qəsəbəsində yaşayan Oleq Litovçenkonun evində şəhər sakinləri Lyubov Dormaya, Leyla Heydərovaya, Maqsud Yəhyayevə, Sevinc Mansurluya, Fariz Quliyevə və Pərvanə İsmayılovaya təbliği qanunla qadağan edilmiş "Yeddinci günün advenistləri" dini təriqətini təbliğ etməsi müəyyən edilmişdir.
Sumqayıt ŞPİ əməkdaşları tərəfindən O.Litovçenkonun mənzilinə baxış keçirilmiş və oradan həmin təriqətə aid 587 ədəd müxtəlif dini kitablar, 255 ədəd video disk və kassetlər aşkar edilərək götürülmüşdür.
R.Əhmədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsi, O.Litovçenko barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəclləsinin 299-cu maddəsi ilə protokol tərtib edilərək Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir.

11.12.2010 tarixinə olan kriminal məlumatlar