Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Tovuz rayon sakini Əflatun Salmanov tutulmuşdur

09.12.2010

Dekabrın 9-da saat 23.10-da Bülbülə qəsəbəsində yaşayan Sahib Fərəcov DİN-in "102" Xidmətinə zəng edərək evindən oğurluğa cəhd göstərmiş 2 nəfəri saxlaması barədə məlumat vermişdir.
Dərhal hadisə yerinə Suraxanı RPİ 31-ci PB əməkdaşları gəlmişdir. Əməliyyat-istintaq qrupu tərəfindən oğurluqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Əflatun Salmanov araşdırmalar aparılması üçün 31-ci Polis Bölməsinə gətirilmişdir.

09.12.2010 tarixinə olan kriminal məlumatlar