Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayonu ərazisndə palıd və qovaq ağaclarını qanunsuz kəsərək cinayət əlaqəsinə girmiş şəxslər tutulmuşlar

08.12.2010

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də "KamAZ" markalı avtomaşının sürücüsü, Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Bəkir Mehdiyev "Şirxan" MMC-nin direktoru Rəfayel Zamanovla cinayət əlaqəsinə girərək Zaqatala rayonunun Əli Bayramlı kəndi ərazisində 175 kubmetr palıd və qovaq ağaclarını qanunsuz kəsərək həmin MMC-nin parket sexində emal edərkən tutulmuşlar.
Sexə baxış keçirilən zaman orada 77,1 kubmetr palıd və qovaq növünə aid olan kəsilmiş ağaclar aşkar edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.

08.12.2010 tarixinə olan kriminal məlumatlar