DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 16 cinayət faktı qeydə alınmışdır

11.06.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 16 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır. Gün ərzində 20 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.