Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Axtarışda olan Tovuz rayon sakini Rasim Tağıyev tutulmuşdur

06.12.2010

Dekabrın 5-də Səbail rayonu ərazisindəki "İpək Yolu" terminalının həyətinə qanunsuz daxil olmuş Tovuz rayon sakini Rasim Tağıyev DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-nə təhvil verilmişdir.
R.Tağıyevin üzərinə baxış zamanı Bakı şəhər sakini Məmməd Məmmədovdan oğurladığı 1 ədəd mobil telefon, Əbdüləhəd Yusifova məxsus sürücülük vəsiqəsi, Zaur İbrahimova məxsus "Mercedes E-200" markalı avtomaşına aid sənədlər aşkar edilərək götürülmüşdür.
Aparılmış araşdırmalar zamanı o da müəyyən edilmişdir ki, R.Tağıyev Göygöl RPŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışdadır.

06.12.2010 tarixinə olan kriminal məlumatlar