Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 23 cinayət faktı qeydə alınmışdır

05.12.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 23 cinayət faktı qeydə alınmış, onların da 9-u “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.
  • 6 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 4 nəfər ölmüşdür.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 7 nəfər tutulmuşdur.