Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi

05.12.2010

Dekabrın 5-də saat 19.00 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Tovuz rayon sakini Elgün Verdiyevin idarə etdiyi "VAZ-2107" markalı və Şəki şəhər sakini İmran Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə  xəsarət almış E.Verdiyev və sərnişini, Qazax rayon sakini Elviz Qurbanov, habelə İ.Məmmədovun sərnişinləri, Qazax rayon sakinləri Asya Nəsibova və onun qadaşı  Elşad xəstəxanaya yerləşdirilmişlər. E.Verdiyev orada ölmüş, E.Qurbanova Elşada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, A.Nəsibovanın vəziyyəti isə orta-ağırdır.   
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.