Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Qürbət Abuzərovu döyərək qətlə yetirmiş Xaçmaz rayon sakinləri Sahib Məcidov və onun qardaşı Telman tutulmuşlar

05.12.2010

Cari il noyabrın 19-da Yasamal rayonu ərazisindəki M.Seyidov küçəsindən Bakı şəhər sakini Qürbət Abuzərov xəsarətlə xəstəxanaya gətirilmiş və noyabrın 26-da orada ölmüşdür.
Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Q.Abuzərovun Xaçmaz rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Sahib Məcidov və onun qardaşı Telman tərəfindən münaqişə zəminində döyülməsi və aldığı xəsarətdən ölməsi müəyyən edilmişdir.
28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məcidov və qardaşı Telman tutulmuşlar.