Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi

03.12.2010

Dekabrın 3-də saat 20.00 radələrində İmişli rayonu ərazisində Buludlu kənd sakini Elnur Abbaszadə idarə etdiyi "VAZ-21011" markalı avtomaşını qarşıda gedən Şamaxı rayon sakini Şəmistan Süleymanovun idarə etdiyi "Belarus" markalı traktora vurmuşdur. Nəticədə xəsarət almış E.Abbaszadə və sərnişinləri, həmkəndliləri Minə Əliyeva, Gülnaz Əliyeva və Göyçək Əliyeva xəstəxanaya yerləşdirilmişlər.
G.Əliyeva orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.

03.12.2010 tarixinə olan kriminal məlumatlar