Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.12.2010

Dekabrın 2-də saat 22.30 radələrində Göyçay rayonu ərazisində Qarabaqqal kənd sakini Elvin Yusiflinin idarə etdiyi "VAZ-2101" markalı və Balakən rayon sakini Elşən Qaracayevin idarə etdiyi "QAZ-33021" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Yusifli hadisə yerində ölmüş, xəsarət almış E.Qaracayev və sərnişinləri, həmyerliləri Eldar Dərvişov və İlham Hüseynov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

02.12.2010 tarixinə olan kriminal məlumatlar