Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

01.12.2010

Dekabrın 1-də saat 12.00 radələrində Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində kənd sakini Xəyyam Ələkbərov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını aşırmışdır. Nəticədə X.Ələkbərovun xəsarət almış sərnişinləri, həmyerlisi Natiq Aslanov və Arısu kənd sakini Sakit Alməmmədov xəstəxanaya yerləşdirilmişlər. S.Alməmmədov orada ölmüş, N.Aslanova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.