Qax şəhər sakini Vaqif Əfəndiyevə məxsus "VAZ-21099" markalı avtomaşın qaçırmış şəxslər tutulmuşdur
09.06.2006Saat 19.20 radələrində Qax şəhər sakini Vaqif Əfəndiyevə məxsus "VAZ-21099" markalı avtomaşın qaçırılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qaçırılmış avtomaşın Xaçmaz rayonu ərazisində Baş Dövlət Yol Polisi idarəsi əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomaşını qaçırmış Bakı şəhər sakinləri Pənah İsayev, Ceyhun Abbasov və Abşeron rayon sakini Yeganə Abbasova tutularaq araşdırma aparılması üçün Xaçmaz RPŞ-yə təhvil verilmişlər.