Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zərdab rayonu ərazisində yol-nəqliyyat hadisəsi

30.11.2010

Noyabrın 30-da saat 18.40 radələrində Zərdab rayonu ərazisində İsaqbağı kənd sakini Sadiq Fətiyevin idarə etdiyi "TOFAŞ" markalı və Dəli Quşçu kənd sakini Nazir Bədəlovun idarə etdiyi "ZİL MMZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Fətiyevin sərnişini, İsaqbağı kənd sakini Pünhanə Fətiyeva hadisə yerində ölmüş, xəsarət almış S.Fətiyev və digər sərnişini, həmyerlisi Araz İsrafilov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

30.11.2010 tarixinə olan kriminal məlumatlar