Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonunun Qazanbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi

30.11.2010

Noyabrın 30-da saat 18.30 radələrində Goranboy rayonunun Qazanbulaq kəndi ərazisində Şadlı kənd sakini Elmir Əliyevin idarə etdiyi "VAZ-21011" markalı və Göygöl rayon sakini Malik Kazımovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Əliyevin sərnişini, Şadlı kənd sakini Bəxtiyar Quliyev hadisə yerində ölmüş, xəsarət almış E.Əliyev və sərnişini, həmyerlisi Vəli Süleymanov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

30.11.2010 tarixinə olan kriminal məlumatlar