Əzizbəyov rayonunda - Milli Aviasiya Akademiyasının qarşısında yol-qəza hadisəsi
09.06.2006Saat 14.00 radələrində, Əzizbəyov rayonunda - Milli Aviasiya Akademiyasının qarşısında Bakı şəhər sakini Hətəm Gözəlovun idarə etdiyi "M-412" markalı və Hövsan qəsəbə sakini Mail Məhərrəmovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Məhərrəmov orada ölmüşdür.