Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşın qaçırmaqda şübhəli bilinən Hacıqabul rayon Muğan qəsəbə sakini Famil Bayramov tutulmuşdur

25.11.2010

Noyabrın 25-də saat 11.00 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisindən Sumqayıt şəhər sakini Akif Məmmədyarova məxsus "Mercedes-200" markalı avtomaşın qaçırılmışdır.
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Muğan qəsəbə sakini Famil Bayramov tutulmuşdur.

25.11.2010 tarixinə olan kriminal məlumatlar