Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şabran rayonunun Ağbaş kənd sakini Elçin Səmədova qarşı zorakılıq etmiş şəxslər tutulmuşlar

25.11.2010

Noyabrın 24-də Şabran rayonunun Ağbaş kənd sakini Elçin Səmədovun qapalı kəllə-beyin xəsarəti, burun sınığı və döyülmə ilə xəstəxanaya yerləşdirilməsi barədə verilmiş məlumatla əlaqədar Siyəzən RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı ona Siyəzən rayon sakini Nayibağa Hacıyev və Çandahar kənd sakini Elçin Əmirov tərəfindən işgəncə verilməsi müəyyən edilmişdir.
Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Hacıyev və E.Əmirov tutulmuşlar.

25.11.2010 tarixinə olan kriminal məlumatlar