Səbail rayonu ərazisindəki İ.Seyidbəyli küçəsində yol-nəqliyyat hadisəsi
25.11.2010Noyabrın 20-də saat 05.00 radələrində Səbail rayonu ərazisindəki İ.Seyidbəyli küçəsində Naxçıvan şəhər sakini Nicat Əliyev idarə etdiyi "Audi-7" markalı avtomaşını yolun kənarında dayanmış Bakı şəhər sakini Fərid Dadaşova məxsus "BMW" markalı avtomaşına vurmuşdur. Nəticədə idarəetməni itirmiş N.Əliyev hadisə yerinin yaxınlığında olan Bakı şəhər sakini Bəhram Mustafayevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Mustafayev noyabr ayının 25-də orada ölmüşdür.