Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtoxuliqanlıq edərək polis əməkdaşı Elnur Süleymanovu vurmuş Quba rayon sakini Rəhim Süleymanov tutulmuşdur

21.11.2010

Noyabrın 20-də saat 16.00 radələrində Quba rayonu ərazisində rayon sakini Rəhim Süleymanov "Hyundai-Sonata" markalı avtomaşını idarə edərkən avtoxuliqanlıq hərəkətləri etmiş, həmin ərazidə xidmət aparan Quba RPŞ PPX-nin əməkdaşı, polis serjantı Elnur Süleymanovun qanuni tələbinə tabe olmamış və avtomaşınla onu vurmuşdur. Nəticədə xəsarət almış E.Süleymanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Süleymanov tutulmuşdur.

21.11.2010 tarixinə olan kriminal məlumatlar